Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayon ərazisində reydlər davam etdirilir.

05 yanvar 2021 | 16:00

05 yanvar 2021-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində maarifləndirmə işi aparılaraq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirmiş, vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 136 ticarət obyektinə və 117 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 6 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər birinə 100 manat məbləğində cərimə olunmuşdur. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Keçidlər