Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Koronavirus pandemiyasına qarşı keçirilən kompleks tədbirlər güçləndirilmişdir.

07 yanvar 2021 | 09:00

06 yanvar 2021-ci il tarixində rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə reydlər davam etdirimişdir. Reydlər zamanı sakinlərlə marifləndirici söhbətlər aparılaraq, sosial məsafənin saxlanılmasının, tibbi maskadan istifadənin və Operativ Qərargahın müəyyən etdiyi digər tələblərə əməl olunmasının vacibliyi bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 137 ticarət obyektinə və 117 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 4 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Pandemiyaya qarşı mübarizə tədbirləri mütəmadı olaraq davam etdiriləcək.

Keçidlər