Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda ağacəkmə kampaniyası keçirilib.

16 noyabr 2013 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda ağac əkmə aksiyasına başlanılıb. Şəhərin Zərifə Əliyeva adına küçəsində keçirilən aksiyaya şəhərin idarə və müəssisələrinin, eləcə də təşkilatlarının kollektivi qatılıb. Aksiyada müxtəlif cinslərdən (tuya, katalpa, çinar, qovaq, ağcaqayın və s) ibarət 2700 ədəd asğac əkilmiş, ərazinin suvarılması üçün mövcud arxlar tullantılardan təmizlənib, ağaclarda budama işləri aparılıb. Hər il olduğu kimi 2013-cü ildə də meşələrin bərpası və yeni meşə massivlərinin salınması məqsədilə Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən yazlıq əkin zamanı 31,0 ha meşə əkini işləri aparmışdır. Hal-hazırda rayonda payızlıq əkin kompaniyası işi davam etdirilir. Bu günədək 25,0 ha sahədə payızlıq əkin aparılmış, 20,0 ha sahədə təmir bərpa işləri görülmüşdür. Noyabr ayının sonunadək rayonda 40,0 ha sahədə meşə əkini, 5,0 ha sahədə yeni şitilliklərin salınması, həmçinin 7-8 min ədəd qızılgül növlərindən olan çilinglərin əkilməsi  mərhələsi həyata keçiriləcəkdir.

Keçidlər