Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xüsusi karantin rejimi ilə bağlı mobil qruplar tərəfindən nəzarət işləri gücləndirilib.

09 yanvar 2021 | 09:00

8 yanvar  2021-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Gün ərzində mobil qruplar əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində olmuş, maarifləndirmə işi apararaq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirmişlər. Reydlər zamanı sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 140 ticarət obyektinə və 118 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 4 nəfər rayon sakininə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər birinə 100 manat məbləğində cərimə olunmüşdür. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.  Bu istiqamətdə maarifləndirmə tədbirləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər