Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Pandemiya ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

12 yanvar 2021 | 09:00

11 yanvar 2021-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri və karantin qaydalarına riayət olunmasına nəzarət  üçün tədbirlər davam etdirilmişdir. Reydlər zamanı vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi bir daha izah edilmişdir. Gün ərzində ümumilikdə 143 ticarət və 120 digər obyektə baxış keçirilmişdir. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə zəruri tədbirlər davam etdirilir.

 

Keçidlər