Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.

19 noyabr 2013 | 16:00

Azərbaycan Respublikası Prezidentinin Ukraynaya səfəri çərçivəsində Prezident İlham Əliyevin və Prezident Viktor Yanukoviçin təltif edilməsi mərasimindən sonra Azərbaycan-Ukrayna sənədlərinin imzalanma mərasimi olmuşdur.
Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç "Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının dördüncü iclasının Protokolu"nu imzalamışlar. Daha sonra  Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Ukraynanın aqrar siyasəti və ərzaq naziri Nikolay Prisyajnyuk "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"ini,  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ukraynanın xarici işlər naziri Leonid Kojara "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukraynanın Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə Məsləhətləşmələr Planı"nını, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyasının rəhbəri Vasili Bertaş "Azərbaycan Respublikasının Qəbələ Rayon İcra Hakimiyyəti və Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası arasında regionlararası əməkdaşlıq haqqında Saziş"ini və Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli və Ukrayna Prezidentinin müşaviri - Ukrayna Prezidenti Administrasiyasının Humanitar İnkişaf Məsələləri Baş İdarəsinin rəhbəri Yuri Boqutski "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Ukrayna Milli İncəsənət Akademiyasının Kulturologiya İnstitutu arasında Əməkdaşlıq Müqaviləsi"ni imzalamışlar.
Qeyd etmək lazımdır ki,   2013-cü ilin sentyabr  ayının 10-da  Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ukrayna Respublikasının Rovno vilayətinin numayəndə heyətinin üzvləri əməkdaşlıq məqsədilə Qəbələ rayonuna səfərləri baş tutmuşdur. Rovno vilayət administrasiyasının sədri Vasili Bertaşın başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Ukrayna xalq deputatı Blaqodır Yuriy, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətə daxil olan rayonların administrasiya rəhbərləri həmçinin özəl sektorunun 31 təmsilçisi də  qatılmışdır. Sentyabrın 11-də isə Qəbələ Mədəniyyət Mərkəzində Rovno vilayətini və Qəbələ rayonunu təmsil edən 70-ə yaxın iş adamının birgə iştirakı ilə görüş keçirilmişdir. Səfər zamanı Ukraynanın Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ rayon İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”i imzalanmışdır.

Keçidlər