Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Moskva görüşü Azərbaycanın növbəti diplomatik uğuru, Ermənistanın isə fiaskosudur.

14 yanvar 2021 | 02:00

Yanvarın 11-də Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi Qələbəsinin və Zəfərinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Azərbaycan Prezidenti qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi görüşdə iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu. Bütövlükdə, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın isə siyasi-hərbi cəhdlərinin fiaskosu ilə yadda qaldı. Moskva görüşünün nəticələri fonunda Azərbaycanın Qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və antimilli şura və insanların məğlubiyyəti daha aydın göründü. Belə ki, ilk dəfə noyabrın 10-da Ermənistanın kapitulyasiyası haqqında sənədi ictimai qaydada imzalamağa cürəti çatmayan Paşinyan bu dəfə reallıqdan qaça bilmədi. Moskva bəyanatında dəfələrlə qeyd edilir ki, bundan sonra da atılacaq addımlar məhz 10 noyabr bəyanatına əsaslanır. Yəni, Ermənistan həmin bəyanatla üzərinə götürdüyü öhdəliklərdən boyun qaçıra bilməyəcək. 10 noyabr bəyanatında olduğu kimi, Moskva bəyanatında da Ermənistanın heç bir tələbi nəzərə alınmadı, hətta ermənilərin, AXCP və antimilli şuranın tez-tez səsləndirdikləri “status” məsələsi də öz əksini tapmadı. Paşinyanın bu barədə fikirləri, sadəcə, Ermənistanın daxili auditoriyasını sakitləşdirməyə hesablanmışdı. Moskva bəyanatının imzalanması Prezident İlham Əliyevin 10 noyabr bəyanatından sonra dəfələrlə səsləndirdiyi təkliflərinin nəzərə alınması, hətta reallaşdırılması oldu. Bu da əlbəttə ki, regional inkişaf və təhlükəsizlik üçün nəqliyyat və kommunikasiya infrastrukturunun qurulmasıdır. Heç şübhəsiz, bundan sonra region dövlətlərinin hər biri nəqliyyat dəhlizlərinin və arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaq. Çünki 30 ildən sonra Azərbaycan Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanına, Ermənistan da Azərbaycan ərazisindən keçməklə Rusiyaya, İrana dəmir yolu çıxışı imkanına malik olacaq. Həmçinin Azərbaycan Naxçıvan Muxtar Respublikası ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edəcək, Türkiyənin və Rusiyanın dəmir yolu arteriyaları da birləşəcək. Beşincisi, Moskva görüşü zamanı, eləcə də imzalanmış bəyanatda bircə dəfə də olsun “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bu da o deməkdir ki, artıq bu ifadə keçmişdir, tarixdir. Rusiya kimi, Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Həmçinin Moskva bəyanatı ilə yaradılacaq işçi qrupları, həyata keçiriləcək infrastruktur layihələri ancaq dövlətlər arasında icra olunacaq. Bundan başqa, Moskva görüşünün nəticəsi olaraq hər kəs Prezident İlham Əliyevin qətiyyətini, dövlətin və xalqın milli maraqlarına sadiqliyini gördü. Məhz Paşinyanın mətbuat konfransında “əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bilmədik” etirafı bir daha Azərbaycanın diplomatik uğurunu və gücünü sübut etdi. Çünki Prezident İlham Əliyev dəfələrlə sual edib ki, müharibə noyabr ayının 10-da qurtarıbsa, Bəyanat imzalanıbsa, o zaman noyabrın 26-dan sonra bir qrup erməni diversantı Ermənistanın Şirak vilayətindən Xocavənd rayonuna kim göndərmişdi? Ya Ermənistan rəhbərliyi hələ də “dəmir yumruq”dan doymayıb, ya da, sadəcə olaraq, silahlı qruplaşmalara nəzarət edə bilmir. Ona görə də əsir götürülmüş 60-dan çox erməni terrorçusu hüquqi qaydada cəzalandırılacaq. Bununla da hər kəs bir daha bu məsələdə də Prezident İlham Əliyevin qətiyyətini görmüş oldu. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərb meydanında əldə olunmuş parlaq Qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir.

Keçidlər