Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələr təltif edilib.

14 yanvar 2021 | 04:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi tərəfindən Vətən müharibəsində iştirak etmiş müəllim və tələbələr təşəkkürnamə və xatirə hədiyyələri ilə təltif edilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən şanlı qələbənin əldə olunduğunu, hər bir azərbaycanlının ordumuzla qürur duyduğunu vurğulayıb. Qeyd edək ki, Vətən müharibəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzindən 1 müəllim “Gənclərin çağırışaqədərki hazırlıq rəhbəri", 21 tələbə olmaqla, ümumilikdə 22 nəfər iştirak etmişdir. Onlardan bir nəfəri şəhidlik zirvəsinə yüksəlmişdir.

Keçidlər