Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda xüsusi karantin rejimi ilə bağlı reydlər davam etdirilir.

14 yanvar 2021 | 10:00

13 yanvar 2021-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə bağlı reydlər davam etdirilib. Mobil qruplar əhalinin sıx olduğu məkanlarda və ticarət obyektlərində olmuş, xüsusi karantin rejimi ilə bağlı müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmişdir. Reydlər zamanı tibbi maskadan istifadənin vacibliyi  və sosial məsafənin saxlanılması bir daha vətəndaşların diqqətinə çatdırılıb. Gün ərzində ümumilikdə 145 ticarət obyektinə və 122 digər obyektə baxış keçirilmişdir. Karantin qaydalarını pozduğu üçün 3 nəfər vətəndaş İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 5 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Mobil qruplar tərəfindən reydlər və əhali arasında maarifləndirmə işləri müntəzəm olaraq davam etdirilir.

Keçidlər