Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.

16 yanvar 2021 | 00:00

14 yanvar 2020-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş qəhrəman oğulların məzarlarını ziyarət edib, onların əziz xatirəsinə sonsuz ehtramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
     Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək onları dinləmiş, narahat edən problemləri öyrənmiş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar vermiş və icrasını nəzərətə götürmüşlər.
     Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər