Xüsusi karantin rejimi ilə əlaqədar olaraq reydlər davam etdirilir.
15 yanvar 2021-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə əlaqədar mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində maarifləndirmə işi aparılaraq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirilmiş, vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 147 ticarət obyektinə və 124 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, 3 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 10 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat, 1 nəfər isə 200 manat məbləğində cərimə olunmuşlar. Bu istiqamətdə tədbirlər davam etdirilir.