Maarifləndirmə tədbirləri və reydlər davam etdirilir.
16 yanvar 2021-ci il tarixində rayonda xüsusi karantin rejimi qaydalarının təmin olunması ilə əlaqədar mobil qruplar tərəfindən reydlər davam etdirilib. Reydlər zamanı əhalinin sıx olduğu məkanlarda, aptek və ticarət obyektlərində maarifləndirmə işi aparılaraq Operativ Qərargahın müəyyən etdiyi qərarlara uyğun tədbirlər həyata keçirilmiş, vətəndaşlara sosial məsafənin saxlanılmasının və tibbi maskadan istifadənin vacibliyi izah edilmişdir. Gün ərzində ümumilikdə 148 ticarət obyektinə və 125 digər əhalinin daha çox müraciət etdiyi obyektlərə baxış keçirilib, xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 8 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşlar. 1 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.