Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinə nəzarət etmək və sakinlər arasında maarifləndirmə tədbirləri aparmaq məqsədilə reydlər davam etdirilir.

20 yanvar 2021 | 10:00

19 yanvar 2021-ci il tarixində rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri və karantin qaydalarına riayət olunmasına nəzarət  üçün tədbirlər davam etdirilmişdir. Reydlər zamanı vətəndaşlara  tibbi maskadan istifadənin və sosial məsafənin saxlanılmasının vacibliyi bir daha izah edilmişdir. Gün ərzində ümumilikdə 151 ticarət və 128  digər obyektə baxış keçirilmiş, 2 dünyasını dəyişmiş mərhumun ailələrinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Xüsusi karantin rejimi qaydalarını pozduğü üçün 6 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə hər biri 100 manat məbləğində cərimə olunmuşdur. Koronavirus pandemiyası ilə mübarizə məqsədilə reydlər davam etdirilir.

Keçidlər