Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 20 Yanvar faciəsinin otuz birinci ildönümü münasibəti ilə şəhidlər xiyabanı və Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilmişdir.

21 yanvar 2021 | 05:00

Yanvarın 20-də Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət qurumlarının rəhbərləri və bir qrup rayon ictimaiyyətinin nümayəndələri şəhidlər xiyabanını ziyarət etmiş, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid qəbələlilərin məzarları üzərinə gül dəstələri düzmüşlər. Sonra II Qarabağ müharibəsi dövründə canlarından keçmiş şəhidlərin məzarları ziyarət edilmiş və böyük ehtramla yad edilərək üzərilərinə tər gül dəstələri qoyulmuşdur.                                                                               Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək onları dinləmiş, narahat edən problemləri öyrənmiş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar vermiş və icrasını nəzərətə götürmüşdür.                               Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər