Xüsusi karantin rejimi dövründə monitorinq qrupları tərəfindən reydlər davam etdirilir.
Yeni növ koronavirus infeksiyasının ölkədə geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına Qəbələ rayonunda əməl edilməsi vəziyyətinin öyrənilməsi və zəruri tədbirlərin görülməsi ilə əlaqədar 22 yanvar 2021-ci il tarixində Rayon İcra Hakimiyyətində yaradılmış mobil qrupların üzvləri növbəti dəfə reydlər keçirmişlər. Reydlər zamanı rayonda fəaliyyət göstərən iri market və mağazalarda, ticarət obyektlərində, apteklərdə karantin rejiminin tələblərinə hansı səviyyədə əməl edilməsi yoxlanılmış, işçilər və müştərilərlə maarifləndirici söhbətlər aparılmış, sosial məsafənin gözlənilməsi, sanitar-gigiyena qaydalarına riayət olunması və tibbi maskadan istifadə edilməsinin zəruriliyi bir daha izah edilmişdir. Gün ərzində 154 ticarət və 129 digər obyektə baxış keçirilmişdir.