Mobil qruplar tərəfindən profilaktik tədbirlər davam etdirilir.
25 yanvar 2021 | 16:00
Bütün dünyada hökm sürən koronavirus (COVİD-19) pandemiyasının kütləvi surətdə yayılmasının qarşısının alınması məqsədilə rayon icra hakimiyyətində yaradılmış mobil qrupların üzvləri 25 yanvar 2021-ci il tarixdə növbəti reydlər keçirmişlər. Reydlər zamanı 146 ticarət, 11 bərbərxana və 131 digər obyektə baxış keçirilmiş, əhali ilə profilaktik söhbətlər aparılmış, karantin rejiminin qaydalarına ciddi əməl edilməsinin vacibliyi bir daha izah edilmişdir.