Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə təbliğat işləri davam edir.
28 yanvar 2021 | 16:00
Dünyanı cənginə alan koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə rayon icra hakimiyyətində yaradılmış mobil qrup üzvləri tərəfindən əhali arasında maarifləndirici təbliğat işləri davam etdirilir. Bu cür prafilaktik tədbirlərin nəticəsidir ki, son günlər ölkəmizdə istər yoluxma sayında, istərsə də ölüm sayında azalma müşahidə edilir. Mobil qrup üzvləri tərəfindən 28 yanvar 2021-ci il tarixdə 148 ticarət, 145 digər obyektə baxış keçirilmiş, əhali ilə təbliğat xarakterli söhbətlər aparılmışdır.