Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “2 fevral Gənclər Günü” münasibətilə onlayn görüş keçirilib.

02 fevral 2021 | 07:00

01.02.2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “2 fevral Gənclər Günü” münasibətilə onlayn görüş keçirilib. Görüşdə Qəbələ UADM-in sosial iş üzrə mütəxəssisləri, Qəbələ RİH-nin  nümayəndəsi Anar Şirinov, Gənclər İdman İdarəsinin əməkdaşları, Regional Asan Xidmət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov və İkinci Qarabağ müharibəsi iştirakçıları iştirak etmişlər. Çıxışlarda müasir dövrdə Azərbaycanda iqtisadi və siyasi  sahələrdə aparılan quruculuq  işlərindən  danışılmış, günümüzün  müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi  formalaşmasında  dövlətin gənclərə göstərdiyi qayğıdan bəhs edilmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov görüş iştirakçılarını salamlayaraq Gənclər Günü münasibəti ilə təbrik etmiş, müstəqil dövlətimizin ən mühüm fəaaliyyət istiqamətlərində gənclərimizin göstərdikləri nailiyyətlərdən söz açmış və onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Keçidlər