Rayonda koronavirus infeksiyasının yayılması əleyhinə gündəlik olaraq reydlər davam etdirilir.
Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, xüsusi karantin rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar rayon ərazisində, mütəmadi olaraq reydlər keçirir, vətəndaşlarla maarifləndirici söhbətlər aparır, karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyini bildirirlər. Reydlər zamanı karantin qaydalarının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilir, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, respirator və s. kimi vasitələrdən istifadə olunması, sosial məsafələrin gözlənilməsi barədə tövsiyələr verilir. Gün ərzində 152 ticarət obyektinə və 145 digər obyektlərə baxış keçirilmişdir.