Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənclər gələcəyimizdir” mövzusunda onlayn konfrans keçirilib.

02 fevral 2021 | 16:00

2 fevral 2021-ci il tarixdə  Qəbələ rayon Gənclər və İdman idarəsi tərəfindən "Azərbaycan gəncləri günü” münasibətilə “Gənclər gələcəyimizdir” mövzusunda onlayn konfrans keçirilmişdir.
Konfransda rayonun müxtəlif sahələrini təmsil edən, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər iştirak etmişlər. 
Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov giriş sözü ilə tədbiri açaraq bayram münasibətilə gəncləri təbrik etmiş, 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
YAP Qəbələ rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Şirinov  isə çıxışında Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günkü bayramın Ulu öndər tərəfindən gənclərə ərmağan olunduğunu qeyd etmişdir.
Konfransda Heydər Əliyev Mərkəzinin əməkdaşı Sədayə Nəzirova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin direktoru Teymur Alışanov, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək  dövlətin apardığı gənclər siyasətindən danışmış, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər.


Konfransın sonunda gəncləri maraqlandıran suallara cavab verilmişdir.

 

Keçidlər