Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə publik hüquqi şəxs statusu verilmişdir.

08 fevral 2021 | 16:00

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə publik hüquqi şəxs statusu verilməsi üçün hazırlıq işlərinə 2019-cu ildən başlanılmışdır. Publik Hüquqi Şəxs statusu qazandıqdan sonra mərkəzin fəaliyyəti daha da genişlənəcək. Bundan sonra Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi də digər peşə təhsil mərkəzləri kimi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulan qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, subbakalavr peşə ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq imkanına malik olacaq. Eyni zamanda, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin edəcək, qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaq.

 

Keçidlər