Xüsusi karantin rejimi ilə bağlı nəzarət işləri davam etdirilir.
10 fevral 2021 | 16:00
Qəbələ rayon icra hakimiyyətində yaradılmış mobil qrup üzvləri tərəfindən xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi ilə bağlı fəaliyyətinə icazə verilmiş ictimai-iaşə və ticarət obyektlərində monitorinqlər həyata keçirilir. Rayon ərazisində keçirilən reydlər zamanı sahibkarlarla və vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, karantin rejiminin yumşaldılmasına baxmayaraq mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıqlar edilir.