Qəbələ rayonun ümumtəhsil məktəblərində fənn olimpiadalarının birinci rayon mərhələsinin keçirilməsinə başlanılmışdır.
12 fevral 2021 | 00:00
Bu gündən 2020-2021-ci tədris ilində Qəbələ rayonunun ümumtəhsil məktəbliləri arasında fənn olimpiadalarının rayon üzrə birinci mərhələsinin keçirilməsinə başlanılmışdır. Olimpiada 10-12 fevral tarixlərində keçiriləcək. Olimpiadanın keçirilməsi üçün müəyyənləşmiş şəhər 1 saylı tam orta məktəbində COVİD-19 infeskiyasının yayılması əleyhinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara tam riayət olunur. Olimpiadanın ilk günündə kimya və riyaziyyat fənləri üzrə 130 nəfər şagird iştirak etmişdir.