Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yaşı 65-dən yuxarı vətəndaşların peyvəndləşməsinə başlanılmışdır.

12 fevral 2021 | 04:00

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda da əhalinin infeksiya əleyhinə peyvəndləşmə prosesi uğurla davam edir. İlk mərhələdə səhiyyə işçilərinə, fevral ayının 8-dən etibarən  isə 65 yaşdan yuxarı şəxslərin peyvəndləşməsinə başlanılmışdır. Bu kateqoriyadan olan vətəndaşlar randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçir və təyin olunmuş vaxtda xəstəxanaya gələrək peyvənd olunur. Qəbələ Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsində aparılan peyvəndləşmə prosesində pandemiya dövrünün bütün karantin qaydalarına ciddi əməl edilir.

Keçidlər