Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

15 fevral 2021-ci il tarixdən məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olunur.

12 fevral 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli qərarına uyğun olaraq bütün məktəbəqədər təhsil müəssisələrində 2021-ci ilin fevral ayının 15-dən əyani formada təlim-tərbiyə prosesinə başlanılacaq.
Qəbələ rayonunda fəaliyyət göstərən 23 məktəbəqədər təhsil müəssisəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 sentyabr  2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın tələblərinə uyğun təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir. Məktəbəqədər təhsil müəssisələrində geniş təmizlik və dezinfeksiya işləri aparılmış, işçi heyətlərin testlərdən keçirilməsi təmin olunmuş və müəssisələr tələb olunan sanitar-gigyenik vasitələrlə təchiz edilmişdir.

Keçidlər