Ukrayna Respublikasının Rovno vilayəti ilə Qəbələ rayonu arasında əməkdaşlıq əlaqələri genişlənir
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Qəbələ rayonunun rəhbərliyi Ukrayna Respublikasının Rovno vilayətinə səfər etmişdir.Rovno vilayət dövlət administrasiyasının başçısı Vasili Bertaş tərəfindən qarşılanan Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdulayevə vilayətin sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilmişdir.Səfər çərçivəsində dəyirmi masa ətrafında vilayətin iqtisadi və investisiya potensialının təqdimatına baxış keçirilmişdir. İnvestisiya təqdimatının əsas məqsədi hər iki ölkənin xalqlarının rifahı naminə ikitərəfli əməkdaşlığın həyata keçirilməsi üçün Qəbələ rayonunun rəhbərliyini, Ukraynanın Rovno vilayətinin potensialı ilə hərtərəfli tanış etmək, tərəflər arasında iqtisadi, mədəni, turizm sahəsinin qarşılıqlı surətdə əməkdaşlığın inkişaf etdirməkdən ibarət olmuşdur.Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev vilayət rəhbərliyinin başçılığı altında bölgənin turizm potensialı, sənaye obyektləri və tarixi mədəni abidələri ilə yaxından tanış olmuş, şəhərin görməli yerlərinə baxış keçirmişdir. Görüşdən məmnunluğunu ifadə edən RİH başçısı Səbui Abdullayev vilayətin güclü turizm potensialının olduğunu, bölgənin iqtisadiyyatının sürətlə inkişaf etdiyini və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində böyük uğurların əldə edildiyini diqqətə çatdırmışdır.