Xocalı soyqırımına həsr olunmuş videokonfrans formatında anım tədbiri keçirilib.
25 fevral 2021 | 04:00
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsində Xocalı faciəsinin 29-cü ildönümü ilə əlaqədar keçirilən videokonfransda Mərkəzin əməkdaşları və tələbələri iştirak etmişlər.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Publik Hüquqi Şəxsinin direktoru Qalib Nəbiyev çıxışında Xocalı soyqırımı, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışmışdır. Sonda soyqırımı əks etdirən videoçarx nümayiş etdirilmişdir.