“Əsrin faciəsi - Xocalı”.
25 fevral 2021 | 05:00
24.02.2021-ci il tarixində Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Əsrin faciəsi-Xocalı” adlı onlayn tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin, UADM-nin, rayon təhsil şöbəsinin, Heydər Əliyev Mərkəzinin, Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları və Xocalıdan olan məcburi köçkünlərin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxışlarda Xocalıda baş verənlərin təkcə Azərbaycan xalqına qarşı törədilmiş soyqırım deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayət olduğu vurğulanmışdır.