Novosibirsk Vilayəti merinin başçılıq etdiyi nümayəndə heyəti Qəbələdə
Rusiyanın Novosibirsk Vilayətinin meri Qorodeskiy Bladimir Filippoviçin başçılıq etdiyi nümayəndə heyəti tanışlıq məqsədilə Qəbələ rayonunda olmuşdur. Vilayət merinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Novosibirsk merinin müavini, şəhərin mühəndislik və memarlıq departamentinin rəisi Serqey Vladimiroviç Boyarskiy, Novocibirsk şəhər deputatları idarə heyətinin sədri xanım Nadejda Nikolaevna Boltenko qatılmışlar.Rayon rəhbərliyi tərəfindən qarşılanan nümayəndə heyətinə rayonun infrastrukturu, sosial-iqtisadi göstəriciləri barədə ətraflı məlumat verilmişdir.Qeyd olunmuşdur ki, bu gün Qəbələ rayonunda, demək olar ki, bütün sahələr üzrə nəzərə çarpacaq dərəcədə uğurlar əldə edilmişdir. Bir cox mühüm əhəmiyyətli tədbirlərin, beynəlxalq konfransların burada keçirilməsi, ildən-ilə buraya gələn turistlərin sayının artması bunun əyani təzahürüdür. Diqqətə çatdırılmışdır ki, rayonun sənaye müəssisələrində istehsal olunan məhsullar bir çox ölkələrə ixrac olunur ki, bu da rayonun iqtisadiyyatında mühüm yer tutur.Səfər çərçivəsində nümayəndə heyəti rayonun turizm sektoruna, sağlamlıq mərkəzlərinə baxış keçirmiş, sənaye müəssisələrində istehsal prosesini yaxından izləmişdir. Qəbələ rayonu ilə tanışlıqdan razı qaldıqlarını ifadə edən nümayəndə heyəti xoş təəssüratlarla Qəbələ şəhərindən ayrılmışdır.