Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
25 fevral 2021 | 08:00
24 fevral 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının rəhbərləri Vətən müharibəsində canlarını qurban verərək şəhid olmuş Süleymanov Vasif, Heydərov Adəm və Ənvərli Aqşinin məzarlarını ziyarət edib, onların əziz xatirəsinə sonsuz ehtramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Rayon rəhbərliyi şəhid ailələrinin üzvləri ilə görüşərək onları narahat edən problemləri dinləmiş, həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar vermiş və icrasını nəzarətə götürmüşlər.
Şəhidlərin ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.