Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xocalıya ədalət!” adlı onlayn tədbir keçirilmişdir.

26 fevral 2021 | 07:00

25 fevral 2021-ci il tarixdə Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı  ilə  keçirilən “Xocalıya ədalət” adlı onlayn tədbiri giriş sözü ilə Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açmış, Xocalı qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir iştirakçılarından  YAP Qəbələ rayon Təşkilatı Gənclər Birliyinin sədri Anar Şirinov Xocalıda baş verən hadisələrin nəticələri barədə,  ASAN Könüllüləri adından çıxış edən  Nəriman Əzimzadə isə Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması və faciənin soyqırım aktı kimi tanıdılması istiqamətində Heydər Əliyev Fondunun gördüyü mühüm işlərdən danışmışdır.

 

Keçidlər