Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ Müalicə Diaqnostika Mərkəzi” publik hüquqi şəxsində Xocalı Soyqırımı ilə əlaqədar olaraq onlayn konfrans keçirilmişdir.

26 fevral 2021 | 08:00

“Qəbələ Müalicə Diaqnostika Mərkəzi” publik hüquqi şəxsində 26 fevral Xocalı Soyqırımının 29-cu ildönümü ilə əlaqədar keçirilən onlayn konfransda mərkəzin tibb işçiləri iştirak etmişdir.
“Qəbələ Müalicə Diaqnostika Mərkəzi” publik hüquqi şəxsin direktoru Ceyhun Əhmədov  konfransı giriş sözü ilə açaraq Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarına zidd olaraq torpaqlarımızı zəpt etdiyini və  Rusiyanın 366-cı motoatıcı alayının köməyilə Xocalıya hücum edərək soyqırım törətdiklərini qeyd etmişdir.
Direktorun müavini-baş həkim, Xocalı sakini Kamal Məmmədov isə çıxışında törədilən faciə, həmin dövrün ictimai-siyasi mühiti barədə, eləcə də 44 günlük vətən müharibəsində Ali Baş Komandanın başçılığı altında müzəffər ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində qazanılan Böyük Zəfərdən söhbət açmışdır.

Keçidlər