Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası keçirilmişdir.
27 fevral 2021 | 06:00
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə hər il keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyası çərçivəsində Qəbələ rayonunda Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilmişdir. Rayon icra hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə əməkdaşlarının, Vətən Müharibəsi iştirakçılarının, xüsusilə könüllü gənclərin iştirakı ilə keçirilən ağacəkmə kompaniyasında soyqırım qurbanlarının xatirəsinə 613 ədəd ağac əkilmişdir.