Vətən müharibəsində şəhid olmuş Şöhrət Mikayılovun anım günü qeyd edilmişdir.
Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində canından keçmiş Qəbələ oğlullarından biri - Zərgərli kənd sakini Mikayılov Şöhrət İkram oğlunun doğum günüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsinin, rayon təhsil şöbəsinin, uşaq və ailələrə dəstək mərkəzinin əməkdaşları şəhidin ailə üzvləri və təhsil aldığı məktəbin kollektivi ilə birlikdə Şöhrət Mikayılovun məzarını ziyarət etmişlər. Şəhidin məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur.
Şəhidin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.