İsrail Dövlətinin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini cənab Doron Peerin Qəbələ rayonunda səfərdə olmuşdur.
19 mart 2021 | 16:00
İsrail Dövlətinin ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini cənab Doron Peerin martın 19-da tanışlıq məqsədilə Qəbələyə səfər etmişdir.
Cənab Doron Peerin rayon icra hakimiyyəti başçısı Səbuhi Abdullayev tərəfindən qəbul edilmişdir.
Görüş zamanı ona rayon haqqında və rayonun sosial-iqtisadi göstəriciləri haqqında geniş məlumat verilmişdir. Səfər çərçivəsində cənab Doron Peerin rayonda fəaliyyət göstərən sənaye və turizm infrastrukturu ilə tanış olmuşdur.