31 mart - azərbaycanlıların soqırımı gününə həsr edilmiş “Tarixi həqiqətlər” adlı onlayn tədbir keçirilmişdir.
31 mart 2021-ci il tarixində Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 mart - azərbaycanlıların soqırımı gününə həsr edilmiş “Tarixi həqiqətlər” adlı onlayn tədbir keçirilmişdir.
Onlayn toplantını giriş sözü ilə Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov açmış, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Qəbələ rayon Təşkilatı Gənclər Birliyinin sədri Anar Şirinov isə belə tədbirlərin keçirilməsinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rolu olduğunu qeyd etmişdir.
Sonda tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan ordusunun qələbə qazanaraq tarix boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qisasısının alınmasına görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.