Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu “ mövzusunda “Dəyirmi Masa” keçirilmişdir.

06 noyabr 2012 | 16:00

Ölkə başçısı cənab İlham Əliyev cənablarının rəhbərliyi ilə respublikanın uğurlu iqtisadi inkişaf strategiyası məşğulluq və sosial sferada da özünü qabarıq biruzə verərək bu sahənin tərəqqisini daha dinamik hala gətirmişdir.
Belə ki, bu gün ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin əsas parametrlərindən birini təşkil edən əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi də bu strategiyanın bariz nümunələrindən biridir.Məşğulluq Xidməti Orqanları fəaliyyətində işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması məqsədilə daha çox aktiv məşğulluq tədbirlərinin; işədüzəltmə,”Əmək Yarmarkaları”,peşə hazırlığı,haqqı ödənilən ictimai işlərin təşkilinə və həyata keçirilməsinə üstünlük verir.Aktiv məşğulluq tədbirlərinin effektiv həyata keçirilməsi isə birbaşa işəgötürənlərin məşğulluq xidməti orqanları ilə fəal tərəfdaşlığından asılıdır. Bunu nəzərə alaraq hər il olduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanının və Rayon İcra Hakimiyyətinin rəhbərliyi altında Qəbələ rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən işəgötürənlərin nümayəndələrini cəlb etməklə “Sosial tərəfdaşların Məşğulluq Xidmətində rolu ” mövzusunda “Dəyirmi Masa” keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin Qəbələ rayon Məşğulluq Mərkəzinin direktoru Elxan Səlimov gündəlikdə duran məsələlər ətrafında geniş açıqlama verərək , məşğulluq və işsizzlik problemi, əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məsələləri, mövcud problemlər və onların aradan qaldırılması istiqamətləri , dövlət məşğulluq siyasəyinin həyata keçirilməsində sosial tərəfdaşların hüquq və vəzifələri kimi məsələlərə aydınlıq gətirdi.
Natiq dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işə götürənlərin hüquq və vəzifələrinin Azərbaycan Respublikasının “ Əmək Məcəlləsi” və “ Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini qeyd edərək qanunun müvafiq maddələrinə diqqətə çatdırdı.
Rayon əhalisinin səmərəli məşğulluğunun təmin olunmasında Məşğulluq Mərkəzi tərəfindən görülmüş işlər məşğulluq və işsizlik səviyyəsi, məşğul əhalinin iqtisadiyyatın sahələri üzrə bölgüsü barədə məlumat verən E.Səlimov işəgötürənlərin mərkəzlə sıx tərəfdaşlığının işaxtaranların işlə təmin edilməsində vacib olduğu qədər, işəgötürənlərin də vaxtında və yüksək ixtisaslı işçi qüvvəsinə olan tələbatının ödənilməsindəki rolunu söz açdı.
Tədbirdə çıxış edən işəgötürənlərin nümayəndələri günün tələblərinə uyğun kadr hazırlığı məsələlərindən danışaraq qeyd etdilər ki, bu iş diqqət mərkəzində saxlanılmalı və ixtisaslı işçi qüvvəsinin təkrar hazırlığı məqsədilə Məşğulluq Mərkəzinin nəznində peşə kurslarının sayı artırılmalıdır.
 

Keçidlər