Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Xalqına qırılmaz tellərlə bağlı insan

11 dekabr 2013 | 10:00

Heydər Əliyev  Mərkəzində 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Xalqına qırılmaz tellərlə bağlı insan” mövzusunda tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin xatirəsini yad etmişlər. Daha sonra iştirakçılara ekspozisiya zalında Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verildi. Ulu öndərin zəngin irsi haqqında məlumatlarla yaxından tanış olan qonaqlar mərkəzin foyesində təşkil  edilmiş bacarıqlı əllər dərnəyinin üzvlərinin əl işlərindən ibarət “Əbədi yaşar liderimiz” adlı sərgiyə  baxış keçirdilər.Daha sonra dəyirmi masa ətrafinda davam edən  tədbiri  Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva açaraq  qeyd etdi ki,   Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb etmiş, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılmışdır.  Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almış, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur.Bu gün Ulu öndərin açdığı yolla cənab Prezidentimiz İ.Əliyev uğurla irəliləyərək ölkəmizi daha böyük nəaliyyətlərə aparır.Tədbirdə rayonun “Qəbələ” qəzetinin əməkdaşı Qüdrət Səmədov çıxış edərək bildirdi ki, Ümummilli  lider Heydər Əliyev  1993-cü ildə Azərbaycan dövlətini dünyanın siyasi səhnəsindən silinmək təhlükəsindən qurtarmaqla  əsl xalq atası  oldu, Azərbaycanda cəmiyyətin bütün təbəqələri tərəfindən qəbul edilmiş, hər bir Azərbaycan vətəndaşının iradəsini ifadə etməyə qadir bir şəxsiyyət kimi tarixdə əbədi iz buraxdı, o, hər bir çıxışında, yüksək tribunalardan səsləndirdiyi bəyanatlarında yalnız xalqın maraqlarını və Azərbaycan vətəndaşlarının arzularını ifadə etdiyini bildirirdi. Bu taleyüklü mərhələdə ulu öndər hakimiyyətə gəlməsəydi,  Azərbaycan xalqı milli müstəqilliyini itirə bilərdi. Dahi sərkərdə ölkəni parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən xilas edərək cəmiyyətin bütün təbəqələrini ümummilli ideyalar  və məqsədlər ətrfinda birləşdirdi.Tədbirdə Qırmızı Aypara Cəmiyyətinin sədri Sədaqət Bayramova, Gənclər və İdman idarəsinin baş məsləhətçisi Məhəmmədəli Səfərçinov, Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin  şagirdi Eldəniz Salmanov çıxış edərək qeyd etdilər ki, Heydər Əliyevin həyatı, fəaliyyəti xalqımızın taleyi ilə çox sıx bağlı olmuşdur. Bu tarixi şəxsiyyətin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin mərhələləri ilə üst-üstə düşür. O, bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Bu zirvədən baxanda yalnız bir ömrün yaşandığı illər deyil, bir xalqın dünəni, bu günü, sabahı görünürdü. Xalqımızın işıqlı sabahını gənclərdə görən ümummilli lider onların sağlam, savadlı və vətənpərvər yetişmələri üçün hər cür şərait yaratmışdır. Onun “Dövlət Gənclər siyasəti haqqında” imzaladığı fərmanından irəli gələn bir çox vəzifələr bu gün də ardıcıl olaraq həyata keçirilməkdədir.Sonda tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin fəaliyyətinin müxtəlif anlarını əks etdirən video materialla tanış oldular.

Keçidlər