Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə Qəbələ Rayon İcra Hakimiyyətində onlayn tədbir keçirilmişdir.

01 aprel 2021 | 10:00

Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımı günü münasibətilə videokonfrans keçirilmişdir. Videkonfransda rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin əməkdaşları iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışmış və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılmışdır. Şəhər 1 saylı tam orta məktəbin müəllimi Esmira Əsədova isə ermənilərin azərbaycanlılara qarşı soyqırım siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının önəmini qeyd etmişdir.
Azərbaycanlılara qarşı törədilmiş soyqırıma ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran tədbir iştirakçıları tərəfindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən və qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində torpaqların işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizin, sağlamlıqlarını itirmiş qazilərimizin, eləcə də öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatı yaşayan soydaşlarımızın qisaslarının alındığı xüsusilə vurğulanmış və bu qələbəni xalqımıza yaşatdığına görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilmişdir.

 

Keçidlər