Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Gabala Hospitality Groupun (GHG) əməkdaşlıq layihəsini uğurla bitirən məzunlara sertifikatlar təqdim olunub

08 aprel 2021 | 16:00

Turizm sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlıq davam etdirilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Gabala Hospitality Groupun  (GHG) Tufandağ Qış Yay Turizm İstirahət Kompleksinin idarəedici şirkəti ilə həyata keçirdiyi layihə çərçivəsində Təhsil Mərkəzinin turizm sahəsi üzrə ixtisaslara yiyələnən tələbələrinə əlavə ixtisaslaşdırma kursları tədris olunub. 15 nəfərlik ilk qrupla sürətli kurslara cəlb olunmuş tələbələrə xizəksürmə  peşəsi üzrə təlimlər keçirilib və təlimləri müvəffəqiyyətlə bitirən məzunlara ikitərəfli təsdiq olunmuş sertifikatlar təqdim olunub. Sertifikatlara layiq görülən məzunların müəssisədə işlə təmin olunması nəzərdə tutulur. Tələbələrə şirkətin SƏTƏM üzrə meneceri tərəfindən iş yerində təhlükəsizlik və əməyin mühafizəsi üzrə də təlimlər keçirilib.

Keçidlər