Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi qaliblərinin mükafatlanma mərasimi keçirilmişdir.

11 dekabr 2013 | 10:10

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrası ilə əlaqədar olaraq Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qəbələ rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında “Qəhrəmanlar ölmürlər” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun orta ümumtəhsil məktəblərindən 33 nəfər yeniyetmə-gənc qatılmışdır.
10 dekabr 2013-cü il tarixdə rayon İcra Hakimiyyətinin akt zalında müsabiqənin yekunu və qaliblərin mükafatlanma mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov açaraq müsabiqənin keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirmişdir ki, inşa müsabiqəsinin keçirilməsində məqsəd gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tərbiyə olunması, qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi və torpaq uğrunda canlarından keçən vətən oğullarının xatirəsini yaşatmaqdan ibarətdir. Daha sonra Təhsil şöbəsi metod kabinetin rəhbəri Arifə Bayramova və rayon İcra Hakimiyyətinin nümayəndəsi Tural Bağırov çıxış edərək müsabiqənin keçirilməsinin gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirmişlər.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq 1 nəfər I yer, 2 nəfər II yer və 3 nəfər III yerə layiq görülmüşdür. İnşa yazı müsabiqəsinin yekunlarına əsasən Zalam kənd tam orta məktəbin X sinif şagirdi Mustafazadə Lalə Mahir qızı I yer, Qəbələ şəhər 2 saylı tam orta məktəbin XI sinif şagirdi Həsənzadə Gülər Rauf qızı və Dızaxlı kənd tam orta məktəbin XI sinif şagirdi Həmzəyev İsmayıl Fazil oğlu II yer, Kürd kənd tam orta məktəbin XI sinif şagirdi Alıyeva Xədicə Məmmədalı qızı, Əmirvan kənd tam orta məktəbin X sinif şagirdi Cəbrayılova Səbinə Şahin qızı və Zarağan kənd 2 saylı tam orta məktəbin XI sinif şagirdi Aslanlı Toğrul İslam oğlu III yerə layiq görülmüşlər.
Qaliblər Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.

Keçidlər