Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“İntihar çıxış yolu deyil” adlı onlayn tədbir keçirilmişdir

13 aprel 2021 | 06:00

12 aprel 2021-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İntihar çıxış yolu deyil” adlı onlayn tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Şirinov son vaxtlar gənclər, xüsusilə azyaşlılar arasında baş verən intihar hallarının artması və səbəbləri barədə məlumat vermiş, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən digər sahələrə olduğu kimi bu sahəyə də göstərilən diqqəti tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Tədbirdə komissiya üzvləri ilə yanaşı rayon ümumtəhsil məktəblərinin psixoloqları, rayon gənclər və idman idarəsinin, uşaq və ailələrə dəstək mərkəzinin, eləcə də İsmayıllı Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər. Görüşdə intiharın sosial-psixoloji səbəbləri, intihar hallarının qarşısının alınması istiqmətində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Keçidlər