Qəbələdə xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət məqsədilə reydlər davam etdirilir
14 aprel 2021 | 16:00
Rayon icra hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq və karantin qaydalarına riayət olunmasına nəzarət məqsədilə keçirilən reydlər davam etdirilir. Reydlər zamanı xüsusi karantin rejimi ilə əlaqədar ictimai iaşə, ticarət və digər əhalinin daha çox müraciət etdiyi obyektlərdə Nazirlər Kanbineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş qaydalara əməl olunması vəziyyəti öyrənilmiş və karantin qaydalarına tam əməl edilməsinin vacibliyi bir daha izah edilmişdir.