Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə koronavirus (COVİD-19) infeksiyası əleyhinə reydlər keçirilmişdir

16 aprel 2021 | 16:00

Rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasının yayılması əleyhinə əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən ictimai-iaşə obyektlərində reydlər keçirilmişdir.
Reydlər zamanı iaşə obyektlərinin işçi heyyətinə məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılmış, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər