Qəbələdə COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri aparılır
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Qəbələ rayonu ərazisində gündəlik reydlər davam etdirilir.
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə rayon icra hakimiyyətində yaradılmış mobil qrup üzvlərinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə keçirilən növbəti reyd zamanı sosial məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etmənin vacibliyi barədə geniş təbliğat və maarifləndirmə işləri aparılmış, koronavirus əleyhinə vaksinasiya prosesi ilə bağlı sakinlər ətraflı məlumatlandırılmışdır.