Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə “Vətən bağı” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

22 aprel 2021 | 16:00

22 aprel 2021-ci il tarixdə Qəbələdə Kapital Bank və “Qırmızı ürəklər” (“Red Hearts”) Xeyriyyə Fondu tərəfindən torpaqlarımızın işğaldan azad olunması zamanı şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək məqsədilə “Vətən bağı” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Kapital Bankın əməkdaşları, “Qırmızı ürəklər” Xeyriyyə Fondunun üzvləri və Qəbələ könüllülərinin iştirakı ilə keçirilən aksiyada rayonun şəhidlik zirvəsinə yüksələn igidlərinin sayına uyğun 192 ədəd  Tuya ağacı əkilmişdir.

Keçidlər