Qəbələdə mobil qrup üzvləri tərəfindən reydlər gündəlik davam etdirilir
23 aprel 2021 | 07:00
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydaları ilə bağlı qərarlarının icrasına nəzarət məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində mütəmadi reydlər aparılır.
Reydlər zamanı koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində rayonda əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ticarət və digər obyektlərdə, əhalinin sıx toplaşdığı yerlərdə sakinlərlə sanitar-gigiyena qaydalarına riayət etmənin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.