Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə reydlər davam etdirilir

26 aprel 2021 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətində yaradılmış monitorinq qrupları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi tələblərinin yerinə yetirilməsi və əhali arasında təbliğat işlərinin aparılması məqsədi ilə reydlər davam etdirilir. Reydlər zamanı koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə görülmüş tədbirlər və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icra səviyyəsi yoxlanılmış, əhalinin sıx toplaşdığı məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan, dezinfeksiyaedici məhlullardan  istifadənin vacibliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır.

Keçidlər