Bu gün əməkdar elm xadimi, tibb elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın doğum günüdür
28.04.2021-ci il tarixdə Qəbələ RMX PHŞ-də görkəmli alim akademik Zərifə xanım Əliyevanın anım günü keçirilmişdir.
Tibb işçiləri əvvəlcə Zərifə xanımın xatirə lövhəsi önündə böyük alimin ruhunu yad etmiş, allahdan rəhmət diləmişlər. Tədbir onlayn konfrans formatında davam etdirilmişdir. Konfransda çıxış edən həkimlər Zərifə xanımın alim və görkəmli oftolmoloq kimi fəaliyyətindən danışmış, onun Azərbaycanda yoluxucu göz xəstəliyi, traxomanın tüğyan etdiyi vaxtlarda rayonlarımızda mübarizənin ön cərgəsində olduğunu qeyd etmişlər.
Zərifə xanımın tibb elminə gətirdiyi yeniliklərdən, onun ümumittifaq miqyasında böyük nüfuz sahib olmasından fəxrlə danışmışlar. Konfransda çıxış edən RMX PHŞ-nin direktoru Sabir Bayramov bu gün Zərifə xanımın bir ana kimi ruhunun şad olduğunu söyləyərək məhz onun oğlunun, sərkərdəmiz, Ali baş komandanımız İlham Heydər oğlunun dəmir yumruğu ilə qazanılmış zəfəri, xalqımızın 30 illik ağrı-acılarına son qoyulduğunu qeyd etmişdir. Məhz onun oğlu, Prezident İlham Əliyev tərəfindən ulu öndərimiz Heydər Əliyevin ailə vəsiyyətinin həyata keçirilməsi xüsusi vurğulanmışdır.