Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Vətən müharibəsi şəhidi Elməddin Mustafayevin doğum günü münasibətilə xatirəsi anılmışdır

01 may 2021 | 16:00

Bu gün torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçən igid Vətən oğullarından biri- Qəbələ şəhər sakini, şəhid Mustafayev Elməddin Məhəmməd oğlunun doğum günüdür.
Rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, qızıl aypara cəmiyyətinin rayon şöbəsinin əməkdaşları, şəhidin  təhsil aldığı məktəbin kollektivi və ailə üzvləri şəhid Elməddin Mustafayevin məzarını ziyarət etmiş, xatirəsini böyük ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoymuş, ruhuna dualar oxunmuşdur.
Şəhidin valideynləri şəhid  ailələrinə  göstərilən diqqət və qayğıya görə  ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər